Darıxdım, darıxıraaaam!

Yağış yağmağa başladı. Bugün uşaqlığım yadıma düşdü. Əhmədli hər zamankı kimidir. Yenə də sular axşam gəlir. KVN-dəki “Əhmədli sakinləri yuxularını suya danışa bilmir” zarafatı hələ də aktualdır. Bu arada insan olaraq Cabir İmanova da bir rəhmət oxuyaq. Amma biraz da səmimi olaq. Sizcə də biraz ağını çıxarmadıq? Sizcə də son zamanlar layiq oldu, olmadı insanları bütləşdirmirik?.
Cabir İmanovla selfie-m var idi. Hətta hesabımda da qalır. O selfienin necə çəkildiyin də xatırlayıram. Necə sifət etdiyini, necə “Hə də, hə” düşüncəsi ilə baxdığını filan. Selfie-də üzü gülür amma, şəklin arxa fonu o deyildi. Yəni gəlin insanları bütləşdirməyək, nə Eyyubun səsi şişirdiləcək qədər yaxşıdır, nə Cabir İmanov super aktyor idi, nə də şəkillərinin altına ürəylər doldurub “Halaldı” dediyiniz bir çox insanlar hansısa qabiliyyətə sahib deyill. Hər kəsin bir bacarığı var, amma heç biri bütləşdiriləcək qədər güclü deyil, nə Cabir İmanov Yaşar Nuri idi, nə Eyyub Yaqubov Akif İslamzadədir, nə də eventlər keçirib məşhurları 8-9 milyona ölkəyə gətirən adını xatırlamadığım, xatırlamaq çün cəhd belə etməyə vaxt sərf etmədiyim şəxs Tağıyevdir. Müqayisə etdiyim şəxslərin də nümunə götürülməyəck yönləri var, amma ən azından bütləşdirdiyiniz və sosial əbəkədə artıq ürəy toplamaq üçün paylaşdığınız şəxslər kimi poddelka deyillər.
Yenə coşdum və gəlib haralar çıxdım. Sözüm onda döür. Uşaq olanda sularımız kimi, arada işıqlarımız da sönürdü. Ən maraqlı anlardan biri olurdu. Ya anam və atam kitabdan tapmaca oxuyurdu, ya da gənclik dönəmlərinə aid maraqlı hadisələrdən danışırdılar. Bugün biraz cızma-qara edəndə bakıda olanda başımıza gələn maraqlı şeylər yadıma düşdü.Bir xeyli güldüm. Dostlarımla, ailəmlə olan hadislər, başımıza gələn mənalı-mənasız şeylər. Darıxdığımı hiss elədim. Darıxmaq gözəl hissmiş. Nifrət etməkdən qat-qat yaxşıdır. Nifrət etdiyim bu qədər çox şeyin olduğu yerdə darıxdığın şeylərin olmağı da bir o qədər ironikdir. Hətta bəzi nifrət etdiyim şeylərə də nifrət etmək üçün darıxmışam. Bəs bu qədər darıxmaq geri dönmək üçün səbəb deyilmi? Təəssüf ki, deyil. Və hər dəfə Bakı səyahətimin 5-ci günündə qayıtmaq istəyirəm, qayıdanda isə çox sevinirəm. Bəs aid olduğun yerdən qaçmaq bu qədər xoşbəxt edə bilərmi insanı? Edirmiş. Aid olduğunuz yerlər başqasına aiddirsə edir. Eyni qurumda işlədiyi üçün eyni postları paylaşan, eyni paltarları geyinən, eyni estetik əməliyyatı keçirən, eyni restoranlarda eyni hissələrdə şəkil çəkdirən, eyni xəyalları diləyib heç nəyə nail olmayan bir kütləyə çevrilmişik. Bunu “Sizdən yaxşı oğlanam” düşüncəsi ilə yox, mən də sizin bir tayınızam düşüncəsi ilə deyirəm.
Həmin işıqların sönüb, nağılların danışıldığı gecələrdən bugünə çox şey dəyişib. Hər şeydən əvvəl çox aqressiv olmuşuq. Birimizin gerçəkləri digərinə səhv gəlir və nifrət yaradır. Hamı yalnız öz haqqını axtarır, digərlərinə haqqsızlıq olsa belə yalnız ona haqq olsa bəs edir. Mehriban insanlar özgəninkiləşdirilib, aqressiv insanlar mənimsənilir. Söz yumoru yerini qışqırıq yumoruna, mənalı filmlər drama və mütləq ki, 1000 000 adamın başına gələn şeylərin 3 saatda 1 qadının başına gəldiyi və 3 saatlıq filmin 2 saat 20 dəqiqəsində gözü yaşlı qadının izləndiyi filmlərə ötürür. Yenə deyirəm bu son cümlə qadınlar əleyhinə yazılmayıb, filmlərin əksəriyyətinin mövzusuna əsasən yazılıb. Avtomobillərimiz daha futuristik dizayndadır, biraz daha müsbət enerji saçan rəngdə maşına “gay” maşını deyirik. Fərqi nədir, rəng bu qədər şeyi ifadə etməməlidir axı. Hər şeyin ən bahalısı, ən viddisi, ən son modeli bizdə olmalıdır. Bəs ağlın? Yox, pro maxı çıxmayıbsa almayaq. Son dəfə kitab oxuduğumu xatırlamıram, mənə hədiyyə edilən gitarda da ifa etməyi öyrənməmişəm (yəqin ki, 12-13 il olar alınıb).

Arada özümdən asılı olmadan insanları izləyirəm, necə gəzir, necə danışır və hərəkətlərinə əsasən onlara bir xarakter çıxarıram. Əlbəttə bu düzgün deyil, amma bunu sadəcə xəyal dünyamda canlandırıram, gerçək dünyada onların profillərinə köçürmürəm, bəlkə də edirəm, bilmmirəm. Deməli, sizin “qərəz” mənim “ön mühakimə” dediyim bu prosesdən qənaətə gəldiyim hər kəsin özünü dünyanın ən önəmli insanı saymasıdır. An etibarı ilə dünya əhalisi 8 251 968 510 dur. Yəni Elon Musk-da mən də bu saydan sadəcə biriyik. Hansımızın daha önəmli olmasının nə önəmi var deyə düşünürəm. Heç bir önəmi yoxdur. O da öləcək, mən də. Bugün yox, bir gün.

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close