O olmursa, bu da olmasın…

  Uzun zamandır nəsə yazmıram. Bəlkə də bu il hesabımdan çıxan məbləğ məni boş yerə bu səhifəyə yatırım etmək qorxusu ilə düşüncələrə saldı. Düşündüm, düşündüm və düşündüm. Sonra başa düşdüm ki, əslində düşünmək üçün düşünürmüşəm. Uzağa baxmadan məqalə seçmək istəyəndə dayanmadan qısa videolarla dolan instagram mesajlarıma baxdım vəəəə evrika. 

  Həmişə özümüzü ətrafdakı ölkələrlə müqayisə edirik. Əslində müqayisə ediləcək bir şey qalmadı. Özümüzün çox şey bacarmış olduğunu göstərmiş olduq…..

  Bugün bizim tariximizlə Amerikanın tarixini, bizim adətlərlə digərləriinnkini müqayisə etməyəcəm. Çünki qədimlikdə və adətlərin formalaşmasında müqayisə edilməyəcək bir fərq var və bu fərqi keçmişə getsək belə bağlamaq mümkün deyil… Əmmaaaa….

  Bəli, təbii ki, hər məqalədə boş-boş danışdığım kimi burada da bir əmma tapıb boşboğazlıq edəcəm.  

  Tarixdə nə qədər qabaqda olsaq da, elm başda olmaqla bir çox şeydə getdikcə geriyə addımladıq, sonra bu geriləməyimizi qürurumuza yedirməyib özümüzü qorumağa keçdik və hamıya təzək (əslində bu nəzərdə tutulanın qurudulmuş versiyasıdır) atmağa başladıq.

  Tusi yəqin ki, bu geriləməni görsə o üşbujağın bir tərəfini kəsən düz xəttin digər tərəflərdən yalnız birini kəsməsi haqqında ikinci dəfə düşünərdi.

  Keçmişdə əldə edilən nəaliyyətlərlə təbii ki, qürur duyuruq, amma artıq keçib, yenisini də tapıb sevinmək də istəyərdik.

Əmmaaaa part 2….

  Əslində bəlkə də belə layihələr var, amma bloklanmış və like üstünə köklənmiş sosial şəbəkə və xəbərlərimiz uğurlarımızı gizlədir. Və getdikcə eqoları qısqanclıq səviyyəsinə çatan cəmaət artıq keçmiş hadisələri paylaşır….

  Manpasıda “pamoymu Anar Musayev” söhbətində millət olaraq gülüb, Türkiyədə “Kosmosda ilk türk” postlarından sonra, bir içkili (olmaya da bilər) daydayın dediyi (adını səhv qeyd etsə də) Anar Musayevin, Musa Manarov olaraq xatırlanması və sosial şəbəkələrdə trendə düşməsi  nailliyyətə necə ac olduğumuz gerçəyini gözlərimizin içinə doğru nəql etdi…

  Bilmirəm qısqanclıqdır yoxsa nə, amma ilk türk kosmonavtın şişirdiləcək dərəcədə sensasiya olduğunu düşünmürəm…. Səbəbləri…

  • Bu günə kimi 550-dən çox şəxsin kosmosa çıxması;
  • İstifadə olunan texnika, təlim və mütəxəssislərin Amerika şirkətlərinə aid olması;
  • Bu səfər üçün ödənilən 60 mln dollar (çox da ola bilər) məbləğ.

  İndi gələk əsas məsələyə. Bu səfər lazım idimi, yəqin ki, bəli. Bu bir təcrübə idi və Türkiyənin indiki vəziyyətdə özbaşına kosmosa bir adam belə göndərməsi müxtəlif risklər daşıya bilərdi, təbii ki, bu sadəcə təcrübə məsələsi ilə bağlıdır. Sadəcə ümidim bu addımın ilk olub son olmamasıdır. 

  Təbii ki, tarix boyu bu tip addımlar siyasi addımlar olaraq da həyata keçirilib və indi də keçirilir. Həmişə bu addımlarda siyasətin də payı mütləq ki, olacaq. Ümid edirəm Türkiyə məsələsində belə deyil…. 

  Əgər birinci məsələni izah edə bildiksə keçək ikinci məsələyə……

  “O olmasın, bu olsun”…. Üzeyir Hacıbəylinin (Hacıbəyov, Hacıbəyli davası da düşməz deyə ümid edirəm) əziyyətini bu məqalənin başlığında dəyişib bu vəziyyətə salınmsaı, Əliağa Ağayevə kosmonavt paltarı geyindirilməsində əməyi keçənlərə təşəkkür edirəm… Təbii ki, burdakı sarkazm düzəltdiyim üçün özümə deyil, məni bunu düzəltməyə vadar edənlərədir. 

  Bunlar kimlərdir?…

  • Həkim kimi ekrana çıxıb, xalqa xəstəliyin müalcəsi haqqında məlumat verməkdənsə, “Bunlar Amerikanın işləridir” deyənlər; 
  • Ölkədə biznes qurmaq üçün təlimlər keçən klublardan ibarət biznes quranlar;
  • Xəbər saytlarında kliklənməni artırmaq üçün 200 səhifəlik çıxışdan 1 cümlə seçib aqressiya yaradanlar;
  • Edilən xətaları şərəfli hərəkət olaraq adlandıran hörmətli sənətkarlar;
  • İnsanlara bir sendviç və su verib mənasız verlişlərə çıxarıb reytinq dalınca qaçan verlişlərdə əməyi keçən hər kəs;
  • Camaatı lağa qoyub son üç hərfi eyni olan sözləri misra-misra düzüb “şer” yazan müğənnilər;
  • Amerikada yaşayıb “tax refund” dövrü çatanda ölkədə konsert verən reperlər;
  • Pul dalınca qaçıb özünü elmə töhvə verirmiş kimi göstərən 156 eyni kitabın müəllifi olan yazıçılar (rəqəm şərtidir);
  • Gümüşü lasin geyindirilib ekranlara çıxarılan gel-lak arası Sofia.

  Bu 9 və bunlara əlavə edilə biləcək bir çox şey “o olmursa, bu da olmasın” dediklərimdir.

  Bu arada, bəli, maən gel-lak da bilirəm…. Siz buna şok olun, amma mən hələ nələr bilirəm. Üzrlü sayın Sokrat kimi “Mən bilirəm ki, mən heçnə bilmirəm” deyə bilməyəcəm. Çünki, mən də bu kütlənin bir parçasıyam və biz hər şeyi bilirik… Bilmədiklərimizsə Amerikanın oyunlarıdır…..

Leave a comment

search previous next tag category expand menu location phone mail time cart zoom edit close